İstanbulun "Beşiktaş" futbol klubu artıq Türkiyə Kubokunu qazanmaq barədə fikirləşə bilər. Siasport.az saytı xəbər verir ki, dünən səfərdə "Qaziantepspor" futbol klubu ilə qarşılaşan "qara qartal", öz meydanında rəqibin qapısından 3 cavabsız top keçirdiyi üçün qarşılaşmaya da üstün tərəf kimi çıxmışdı. Amma bu arxayınlıqa baxmayaraq, meydan sahibləri "Beşiktaş"ın qapısından 2 top keçirə biliblər. Qarşılaşmanın 5-ci və 68-ci dəqiqəsində Olcan Rüştü Rəncbəri məyus etsə də, oyunun 33-cü dəqiqəsində Simao Sambroza və 49-cu dəqiqədə Almeyda cavab qolları vuraraq bərabərliyi təmin ediblər. İki oyunun hesabına görə, "Beşiktaş" Türkiyə Kubokunun finalına adlayaraq, finalda qarşılaşacağı rəqibini gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB