Canlı əfsanənin 70 yaşı tamam olur

Canlı əfsanənin 70 yaşı tamam olur

Aprelin 21-də Azərbaycan futbolunun canlı əfsanəsi, uzun müddət "Neftçi"nin şərəfini qorumuş veteran futbolçu Yaşar Babayevin 70 yaşı tamam olur. Siasport.az saytı xəbər verir ki, Yaşar Babayev 1941-ci ildə Gəncədə, dəmiryolçu ailəsində doğulub. Ailəsi dəmiryolçular olduğuna görə o, "Lokomotiv" komandasında oynamağa başlayıb. Sonra Babayevi "Toxucu"nun məşqçisi Valentin Xlıstova məsləhət görüblər və müdafiəçi 1960-cı ildə peşəkar karyerasına start verib.

Yaşar Babayev 1963-1971-ci illərdə "Neftçi"nin heyətində çıxış edib. O, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmış 12 futbolçudan biridir. Müdafiəçi SSRİ çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb.

"Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov daima veteran futbolçulara diqqət və qayğı göstərir. Bu, klubda əsas prioritet məsələlərdən biri sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə