"Qalatasaray" bundan sonra ancaq qələbə üçün meydana çıxacaq!

"Qalatasaray" bundan sonra ancaq qələbə üçün meydana çıxacaq!

Türkiyənin "Qalatasaray" futbol klubunun kapitanı Arda Turana klub rəhbərliyi hər cür dəstək verməyə hazırdır. Siasport.az saytı xəbər verir ki, dünən "Radyospor"da qonaq olan "Qalatasaray"ın idman direktoru Cüneyt Tayman, İstanbul klubunda əhval-rühuyyənin "Manisaspor"la keçirilən səfər qarşılaşmasından sonra çox yüksək səviyyədə olduğunu və futbolçuların qarşıdakı turda "Türk Telekom Arena"da oynanılacaq "Kayserispor" qarşılaşmasına hazırlaşdıqlarını bildirib. Qalan turlarda ancaq və ancaq qələbə qazanmaq üçün meydana çıxacaqlarını bildirən "Qalatasaray"ın idman direktoru, bütün futbolçuların da bu hədəfə istiqamətləndiklərini açıqlayıb. C.Tayman, İstanbul klubunun kapitanı Arda Turana dəstək olaraq bildirib ki, son vaxtlar bu futbolçu haqsız olaraq bir sıra hücumlara məruz qalır. Klubun idman direktoru, bütün bunlara baxmayaraq A.Turanın çox dəyərli bir futbolçu olduğunu və bütün qəlbi ilə "Qalatasaray"ı sevdiyini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə