“Abşeron”un futbolçuları “Transfermarket”in siyahısında

“Abşeron”un futbolçuları “Transfermarket”in siyahısında

Almaniyanın idmançıların transfer qiymətlərini müəyyənləşdirilməsilə ixtisaslaşmış "Transfermarket" şirkəti ölkəmizin 36 futbolçusunun futbol bazarındakı dəyəri barədə açıqlama verib. Siasport.az saytı xəbər verir ki, diqqət çəkən məqam ondan ibarətdir ki, futbol üzrə milli seçmə komandamızın üzvlərindən başqa U-21-də forma geyən futbolçuların adları da, bu siyahıda yer alıb. Siyahıya düşənlər arasında "Abşeron"un 3 üzvünün adına rast gəlinir. Komandanın əsas oyunçularından sayılan Fərrux Rəhimov "transfermarket"in hesablamalarına görə 125 000 avro, klubumuzda icarə əsasında çıxış edən Eşqin Quliyev 100 000 avro və Osman Umarov 50 000 avro dəyərində qiymətləndiriblər.

"Transfermarket"ə görə ölkəmizin ən bahalı futbolçusu milli komandanın kapitanı Rəşad Sadıqovdur. Onun futbol bazarında qiyməti 1000 000 avro təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə