İngiltərə Premyer Liqasasnın hazırkı lideri "Mançester Yunayted" klubu dünən səfərdə "Nyukasl"a qarşı keçirilən qarşılaşmada qızıl kimi iki xal itirərək, azarkeşlərini təşvişə salıb. Siasport.az saytı xəbər verir ki, "Nyukasl" qarşısında sərgilədiyi özündən razı oyunla hər kəsi pərişan edən futbolçular, sonda rəqib qapısına yol tapa bilməyərək, sadəcə bir xala kifayətlənməli olublar. Bu isə daha çox turnir cədvəlində 7 xal "qırmızı şeytanlar"dan geri qalan "Arsenal"ın işinə yarayacaq. Çünki qarşıdakı oyunda "topçular" rəqiblə qarşılaşmadan 3 xalla ayrılsalar. artıq "Mançester Yunayted"lə xal fərqini dördə endirmiş olacaqlar. Bu vəziyyət isə klub rəhbərliyini bərk qəzəbləndirib. Dünən klubun baş məşqçisi Ser Aleks Fergissonla bir araya gələn klub rəhbərliyi baş məşqçiyə və futbolçulara ciddi xəbərlarlıq ünvanlayaraq , qarşıdakı 3-4 qarşılaşmada da bu cür oyun sərgilənəcəyi təqdirdə, çempionluğun risq altına düşəcəyini və çempionluq əldən gedərsə, bir çox futbolçularla mövsümün sonunda yolların ayrılacağını onların diqqətlərinə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB