Fərhad Vəliyev "Qarabağ"dan gedir?

Fərhad Vəliyev "Qarabağ"dan gedir?

Boyan Pavloviçin gəlişindən sonra heyətə düşməkdə çətinlik çəkən "Qarabağ"ın qapıçısı Fərhad Vəliyev hazırkı durumundan narazıdı. Siasport.az xəbər verir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, milli komandanın da şərəfini qoruyan qolkiper ehtiyatda qalmaq istəmir.

Hətta artıq Fərhadın komandadan getmək istəyinə düşdüyü də deyilir. Azərbaycan klublarına keçmək niyyətində olmayan qolkiper ölkə xaricinə üz tutacaq. Vəliyev böyük ehtimalla növbəti mövsümü Türkiyə çempionatında keçirəcək. Belə ki, onun Bank Asiya liqasından bir neçə təklif aldığı və hazırda bu təklifləri dəyərləndirildiyi deyilir.

Amma qolkiperin "Qarabağ"dan getməməsi də gözlənilir. Deyilənə görə, mövsüm bitəndən sonra baş məşqçi Qurban Qurbanovla söhbət etmək və bundan sonra yekun qərarını vermək istəyir.

Xatırladaq ki, bir müddət əvvəl müsahibə verən qolkiper Bank Asiya liqasında oynamağa razı olduğunu bildirmişdi: "İndiyə qədər əsasən Bank Asiya liqasında çıxış edən klublardan təkliflər almışam. Təklif olsa, niyə oynamayım ki? Türkiyənin 1-ci liqasını izləyirəm. Çox gərgin çempionat gedir. 6-7 komandanın Super Liqaya çıxmaq şansı var. Belə komandalara gedərəm".


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com