Elçin Rəhmanov: "Ön xətt oyunçularımızın çempionatın sonuna yaxın "partlama" edəcəyinə inanıram"

Elçin Rəhmanov: "Ön xətt oyunçularımızın çempionatın sonuna yaxın "partlama" edəcəyinə inanıram"
"Qarabağ" klubu ötən ilin dekabrından 9 oyunluq qələbə seriyası əldə etsə də, aprel ayında keçirdiyi oyunlarda qələbə qazana bilməyib. Siasport.az saytı xəbər verir ki, son 2 oyunda qolsuz bərabərliyə razılaşan komanda 3-cü pillədəki mövqeyini əldən verməyib. Daim baxımlı, zövqlü oyuna üstünlük verən komanda son oyunlarda qol vurmaqda çətinlik çəkir. Bunun səbəblərini araşdırmaq üçün komadanın məşqçilər korpusuna müraciət etdik. Komandadan ilk olaraq Azərbaycan futbol tarixinin 2-ci bombardiri Müşfiq Hüseynovun münasibətini öyrəndik: "Deməzdim ki, qol vurmağa çətinlik çəkirik. Demək olar ki, hər oyunda qol vurmaq şansımız olur. Ardıcıl 9 oyunda qələbə qazananda komandamızda qol vurmaq baxımından elə də problem hiss olunmurdu. Amma bu seriyanın qırılması bir qədər komadaya psixoloji təzyiq göstərib. Amma bunu böhran dərəcəsində qabartmaq düzgün deyil. Futbolda belə şeylər olur. Məncə vuracağımız ilk qolla qolların ardı gələcək. Bizim futbol daha çox kollektiv oyuna əsaslanır. Hər hansısa futbolçunun üzərinə yüklənmək düzgün deyil".

Azərbaycan futbolunda özünəməxsus yaradıcı futbolla fərqlənən Elçin Rəhmanovun məsələyə münasibəti belə oldu: "Biz yenə öz oyunumuzu göstərməyə çalışırıq. Amma bir şey var ki, biz qələbə qazandıqca rəqiblər də bizə qarşı xüsusi motivasiya ilə oynayır. Bizə qarşı müdafiədən oynadıqlarına görə daha çox əziyyət çəkməli oluruq. Amma artıq bu problemi çözmüşük. İnşallah, qarşıdakı oyunlarda bunun şahidi olacağıq. Müşfiq müəllimin dedikləriylə razıyam ki, bəzən futbolda belə vəziyyətlər qaçılmazdı. Amma belə durumda toparlanmağı bacarmaq lazımdır. Ön xətt oyunçularımızın çempionatın sonuna yaxın "partlama" edəcəyinə inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com