İngiltərənin \"Mançester Siti\" futbol klubunun argentinalı ulduzu Karlos Tevez mövsümün sonunda ingilis klubu ilə yollarını ayrırmaq istəyir. Siasport.az saytı xəbər verir ki, artıq argentinalı futbolçu koryerasını ya keçmiş klubu \"Mançester Yunayted\"də, ya da başqa bir iddialı Avropa klubunda davam etdirmək istəyir. Futbolçunun meneceri də ingilis \"The Teleqraf\" qəzetinə verdiyi müsahibəsində K.Tevezin yeni mövsümdən başlayaraq yeni klubda forma geymək istədiyini və mövsüm bitən kimi ona gələn transfer təkliflərini gözdən keçirəcəyini açıqlayıb. İngilis qəzeti yazır ki, artıq K.Tevezdən bütün ümidini kəsən klub rəhbərliyi, onun yerinə yeni futbolçu axtarışına çıxıb. İlk namizəd isə, İtaliyanın \"Udineze\" klubunun 22 yaşlı futbolçusu Alexis Sançesdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB