Bədavi Hüseynov toplanışda iştirakını dayandırmalı olub

Bədavi Hüseynov toplanışda iştirakını dayandırmalı olub

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib. SİA-nın məlumatına görə, Bədavi Hüseynov ("Qarabağ") zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub. Futbolçu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino - Azərbaycan oyununda çıxış edə bilməyəcək.

Xatırladaq ki, daha öncə "İnter" komandasının üzvü Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə