Topaz Premyer Liqasında yaranan fasildə "Zirə" hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, komanda fasilə ərəfəsində ilk yoxlama oyununu keçirir. "Zirə" 1-ci dvizion təmsilçisi "Şərurspor" klubu ilə üz-üzə gəlib. Milli komandalarda olan futbolçular - Elvin Məmmədov, Anar Nəzirov, Vüqar Mustafayev və Adil Nağıyev bu oyunda iştirak etməyib. Birinci hissəni "qartallar" 4:0 hesablı üstünlüklə baş vurub. Murad Səttarlı dubl etdiyi halda, Tural Cəlilov və Vüsal İsgəndərli hərəyə bir dəfə fərqləniblər. Fasilədən sonra qapılara qol vurulmayıb və "Zirə" 4:0 hesablı qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB