Atçılıq Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək

Atçılıq Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək

21-24 Aprel 2011-ci il tarixlərdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda, Binə qəsəbəsində yerləşən və yeni istifadəyə verilən Atçılıq Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunacaq SCİ4* kateqoriyalı beynəlxalq turnir keçiriləcək.

Federasiyadan siasport.az saytına verilən xəbərə görə, atçılığın konkur novü üzrə keçiriləcək turnirə Azərbaycan, Rusiya, Bolqarıstan, Gürcüstan, Polşa, Moldova və Belorus kimi ölkələrin idmançıları qatılacaq. Yarışlarda ümumilikdə 14 idmançı və 28 baş at iştirak edəcək. Azərbaycanı bu tədbirdə "Sərhədçi AİK", "Günay AT", "Murad AİK"-in idmaçıları ilə yanaşı milli komandamızın üzvləri Camal Rəhimov, Patrcik Mc Entee və Francesko Franco da təmsil edəcək. Yarışlara hər gün saat 15:00-da start veriləcək. 4 gün davam edəcək yarışların ilk günü açılış yarışı (maneələrin maksimal hündürlüyü 145-sm), ikinci və üçüncü günü vaxta qarşı yarşlar (maneələrin maksimal hündürlüyü 145-sm), sonuncu gün isə Grand Prix final yarışları təşkil olunacaq (maneələrin maksimal hündürlüyü 160-sm).

Turnirin ümumi mükafat fondu 261 000 dollar təşkil edir. Yarışları Türkiyə, İran, Rusiya və Belçikadan dəvət olunmuş hakimlər kollegiyası idarə edəcək. Bununla yanaşı Heydər Əliyev Kubokunu izləyənlər sırasında Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Şahzadə Haya bint Al Hussein və digər fəxri qonaqlar yer alacaq.

Nəzərinizə çatdırmaq istərdik ki, atçılığın konkur növünün yarışları maksimal olaraq 5* kateqoriyalı olur və bu turnir Azərbaycanda, həmçinin Cənubi Qafqazda keçiriləcək ilk 4* kateqoriyalı turnir hesab edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə