Bu gün Aleksey Savinov 32-ci doğum gününü qeyd edir

Bu gün Aleksey Savinov 32-ci doğum gününü qeyd edir
Bu gün "Bakı"nın moldovalı müafiəçisi Aleksey Savinov 32-ci doğum gününü qeyd edir. Siasport.az saytı xəbər verir ki, bununla əlaqədar klub bazasında ad günü tortu kəsilib və təbriklər səslənib.


Aleksey Savinov 1979-cu il aprel ayının 19-da Moldovanın Kişinyov şəhərində anadan olub. "Bakı"da 32 nömrəli futbolkada çıxış edən futbolçu karyerasına 1997-ci ildə Moldovanın "Viktoriya" klubunda başlayıb. Bundan sonra ardıcıl olaraq "Zimbru", "Olimpiya", "Politexnika", "Metallurq" (Zaparoje), "Volın" (Lutsk), "Zakarpatya" (Ujqorod) və "Daçiya" klublarının şərəfini qoruyub.


Onu da qeyd edək ki, Aleksey Savinov Moldova milli komandasının əvəzolunmaz üzvlərindən biridir. O, 2003-cü ildən etibarən milli komandasının formasını geyinir.


"Bakı" futbol klubunun kollektivi Aleksey Savinovu təbrik edir ona şəxsi həyatı və karyerasında uğurlar arzulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com