Fransanın "Sent-Etyen" klubunun idman koordinatoru Dominik Roşto Avropa Liqasının qrup mərhələsində Belçika "Anderlext"i, Almaniya "Maynts"ı və "Qəbələ" ilə bir qrupa düşmələrindən danışıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib: "Çətin qrupa düşmüşük. "Anderlext" zəngin tarixə malik klubdur. "Maynts" Almaniya futbolunu təmsil edir. Hər iki komanda ağır və çətin rəqibdir. Azərbaycandan "Qəbələ" də var. Bu ölkəni tanıyırıq. İki il öncə biz orada olmuşduq".
Qeyd edək ki, "Sent-Etyen" 2014/15 mövsümündə Avroliqanın qrup mərhələsində "Qarabağ"la bir qrupda mübarizə aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB