Nazarovun komandası yenə uduzdu

Almaniya 2-ci Bundesliqasında 3-cü tura start verilib. Qol.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" səfərdə "Qroyter Furz"la qarşılaşıb. Görüş 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Start heyətdə yer alan millimizin yarımmüdafiəçisi 59-cu dəqiqədə əvəzlənib. Qeyd edək ki, "Aue" 3 xalla 10-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə