"Rio-2016" Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan avarçəkəni Valentin Demyanenko Mingəçevirdə yeniyetmə və gənc idmançılarla görüşüb. SİA-nın məlumatına görə, görüş "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutub. Gənclər olimpiya mükafatçısı ilə şəkil çəkdirib, səmimi söhbət ediblər. Tanınmış idmançı gənc avarçəkənlərin suallarını cavablandırıb.
Qeyd edək ki, görüşdə, həmçinin Azərbaycan Milli Avarçəkmə Federasiyasının vitse-prezidenti, "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin direktoru Natiq Abbasov, Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Cəfərli də iştirak edib.










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB