Arda Turan: \"Qalan 5 qarşılaşmanı da qazanacağıq\"

Arda Turan: \"Qalan 5 qarşılaşmanı da qazanacağıq\"
Dünən səfərdə \"Manisaspor\"la keçirilən qarşılaşmada 3:2 hesabı ilə qələbə qazanan İstanbulun \"Qalatasaray\" futbol klubunun futbolçuları, oyundan sonra bir sıra açıqlamaları ilə yadda qalıblar. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun kapitanı Arda Turan, artıq məğlubiyyət serialının başa çatdığını, qarşıdakı son 5 qarşılaşmanı da qələbə ilə başa vuraraq mövsümü \"Qalatasaray\"ın adına yaraşan zirvədə başa vurmağı düşündüklərini açıqlayıb: \"Son beş qarşılaşmanı da qələbə ilə başa vuraraq azarkeşlərimizi sevindirmək istəyirik. Onları üzdüyümüz yetər. Bu ağır günlərdə komandanın yanında olan məşqçilərimizə də minnətdarıq. Artıq qalan 5 oyunu da qələbə ilə başa vurub mövsümü turnir cədvəlində bizə yaraşan yerdə başa vurmaq istəyirik. Bu gün anamın və atamın evlilik ildönümüdür. Onları çox sevirəm. Belə ana və ataya sahib olduğum üçün özümü xoşbəxt hiss edirəm. Çalışacağam ki, onların adına layiq övlad olum\"-deyə A.Turan fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə