Ruslan Abışov San Marino ilə oyunda meydana çıxmayacaq

Ruslan Abışov San Marino ilə oyunda meydana çıxmayacaq

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, Ruslan Abışov ("İnter") zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub. Futbolçu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə