"Qalatasaray" da qələbə qazanarmış

"Qalatasaray" da qələbə qazanarmış

Türkiyə Super Liqasında XXIX turun oyunlarına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, ilk oyun günündə "Beşiktaş" doğma meydanda "Gənclərbirliyi" ilə qarşılaşıb. "Qara Qartal"lar 2 qol vurduğu qarşılaşmanın sonrakı dəqiqələrində bu üstünlüyü verərək sülh bağlayıb.

İkinci oyun günündə isə daha çox liderlik uğrunda mübarizə aparan "Fənərbaxça" doğma meydanda "Qazientepspor"u son saniyələrdə vurduğu qolla məğlub edib. "Trabzonspor" son çempion "Bursaspor"u minimal hesabla məğlub edib. Nəticədə trabzonlular yenidən zirvəni ələ keçiriblər.

Dünən turun son oyunu keçirilib və "Qalatasaray" "Manisaspor"un qonağı olub. 6 həftədi qələbəyə həsrət qalan "Aslan"lar Manisada sevinib. Oyunun qəhrəmanı Arda Turan olub. Oyunda hesabı 9-cu dəqiqədə Dixon açıb. 5 dəqiqə sonra Arda tarazlığı bərpa edib. 17-ci dəqiqədə kapitan daha bir qol vurub. 60-cı dəqiqədə Culio fərqi iki topa çatdırıb. 6 dəqiqə sonra Kahenin vurduğu qol manisalılar üçün təsəllidən başqa bir şeyə yaramayıb.

Türkiyə

Super Liqa

XXIX tur

15 aprel

Beşiktaş - Gənclərbirliyi 2:2

Qollar: Simao Sabroza, 27. İbrahim Toraman, 53 - Mile Yedinak, 62. Mustafa Pektemek, 72

16 aprel

Ankaragücü - Bucaspor 5:3

Qollar: Murat Duruər, 18; 51. Robert Vittek, 56-pen. Mətin Akan, 86. Özgür Cek, 90 - Tavrik Jibril, 30. Ərkan Taşkıran, 45. Ediz Bahtiyaroğlu, 59

Karabükspor - İstanbul BB 0:2

Qollar: Filip Holoşko, 13. Herve Tum, 54

Qırmızı vərəqə: Martsin Kus, 70 ("İstanbul BB")

Fənərbaxça - Qaziantepspor 1:0

Qollar: Andre Santos, 90

Qırmızı vərəqə: Murat Ceylan, 83 ("Qaziantepspor")

17 aprel

Sivasspor - Kasımpaşa 1:1

Qollar: Ərman Kılıç, 90 - Gökhan Güləç, 83

Kayserispor - Konyaspor 1:3

Qollar: Ömər Şişmanoğlu, 90 - Martsin Robak, 86. Peter Qraytsiar, 90. Əli Dərə, 90

Antalyaspor - Eskişehirspor 2:2

Qollar: Əli Zituni, 25. Necati Atəş, 66-pen. - Batuhan Karadəniz, 42. Sezər Öztürk, 85

Trabzonspor - Bursaspor 1:0

Qollar: Burak Yılmaz, 45

18 aprel

Manisaspor - Qalatasaray 2:3

Qollar: Dixon, 59. Kahe, 66 - Arda Turan, 14; 17. Culio, 60.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com