\"Neftçi\" Türkiyə mətbuatında

\"Neftçi\" Türkiyə mətbuatında
Azərbaycan Premyer Liqasının 27-ci turunda keçirilən oyunlardan sonra \"Neftçi\" ən yaxın izləyiciləri ilə xal fərqini daha da artırıb. Artıq aktivində 59 xalı olan flaqman sona 5 tur qalmış \"Xəzər Lənkəran\"ı 8, \"Qarabağ\"ı isə 9 xal geridə qoyur. \"Neftçi\"nin AZAL klubunu 2:1 hesabı ilə məğlub etməsindən sonra çempionluq yolunda böyük bir addım atması Türkiyə mətbuatının diqqətindən yayınmayıb. Siasport.az saytı xəbər verir ki, Sporajans.com.tr internet saytında bu barədə geniş məlumat verilib. Məlumatda klub prezidenti Sadıq Sadıqovun yüksək idarəçiliyi alqışlanmış, sonuncu dəfə 2005-ci ildə Azərbaycan çempionu olan \"Neftçi\"nin hazırki uğurunda onun böyük rolu olduğu yazılıb. Məhz onun baş məşqçi Arif Əsədova, həmçinin yerli, gənc və istedadlı futbolçulara sonadək güvənməsi bəhrəsini verməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə