Qayayadırmanma üzrə “Ümid” təsnifat yarışları başa çatıb

Qayayadırmanma üzrə “Ümid” təsnifat yarışları başa çatıb
Tanınmış dağ idmançısı Akif Rüstəmovun xatirəsinə həsr olunmuş qayayadırmanma üzrə iki günlük "Ümid" təsnifat yarışları başa çatıb. Siasport.az saytı xəbər verir ki, iki gün ərzində yarışlarda 14 klubdan 101 idmançı iştirak edib. Yarışların birinci günü qapalı şəraitdə "GREEN ROCK" süni qayalıqlarında sürət üzrə keçirilib. Kişilər arasında yarışlar II mərhələdə: təsnifat və final üzrə baş tutub. Finala təsnifat yarışlarından ən yaxşı nəticə göstərən 10 idmançı çıxıb. Uşaqlar, yeniyetmələr və qadınlar arasında isə yarışlar ancaq I mərhələ üzrə keçirilib. Yarışın nəticələrinə görə I günün qalibləri aşağıdakılardır:


Qadınlar arasında


1-ci yer – Xanina Diana (RATK)


2-ci yer – İsrafilova Günay (Salavat);


3-cü yer – Sultanova Arzu (Salavat).


Kişilər arasında


1-ci yer – İsrafilov İlham (Salavat);


2-ci yer – Krasnov Sergey (Kant);


3-cü yer – Tağızadə Çingiz (Ekosport).


Yarışların ikinci günü Nardaran kəndi yaxınlığındakı qayalıqlarda keçirilib. Yarışlar üçün 4 trass hazırlanıb və bu yarışlar 2 mərhələdə - təsnifat və final üzrə keçirilib. Finalda iştirakçılar hündürlüyə qalxma üzrə yarışıblar. Təsnifat trassları kifayət qədər mürəkkəb olub. Orta yaş qrupundan 2 nəfər qız final bayrağına qədər çata bilib. Qadınlardan isə cəmi 4 nəfər finala çıxa bilib. Kişilər üçün də distansiya kifayət qədər mürəkkəb olub. Burada da cəmi 11 nəfər distansiyanı axıra qədər keçərək finala çıxıb. 2-ci günün nəticələri aşağıdakı kimidir:


Qızlar arasında Xanina Diana və Şəms Quliyeva birinci və ikinci yerləri bölüşdürüblər. Qadınlar arasında orta yaş qrupunda yerlər belə bölünüb:


1-ci yer – Aslanova Təranə (Climb Club);


2-ci yer – Lyalyakina Anastasiya (DİK);


3-cü yer – Hüseynova Könül (Climb Club).


Kişilər arasında mürəkkəb dırmanma trasını axıra qədər cəmi 3 nəfər idmançı çıxa bilib və onlar da yerləri bölüşdürüblər:


1-ci yer – Yunusov Ceyhun (Salavat);


2-ci yer – İskəndərov Babək (Dağçılıq hazırlıq məktəbi);


3-cü yer – İsrafilov İlham (Salavat).


İki günün nəticələrinə görə kişilər arasında yerlər belə bölündü:


1-ci yer - İsrafilov İlham (Salavat);


2-ci yer - Tağızadə Çingiz (Ekosport);


3-cü yer - Krasnov Sergey (Kant).


Bu yarışlarda 6 qadın və 16 kişi idman qayayadırmanması üzrə II və III idman dərəcələrini ödəyərək Respublika çempionatında öz klublarının adından çıxış etmək hüququ qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com