Bu gün çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunmuş Avropa Liqasının Super Final mərhələsində ikinci oyununu keçirib. SİA-nın məlumatına görə, millimiz İngiltərə yığmasını Sabir Allahquliyev və Hikmət Bağırovun vurduğu qollarla 2:0 hesabı ilə məğlub edib.
Dünən turnirdəki ilk oyununda futbolçularımız Türkiyə komandasına 5:3 hesabı ilə qalib gəlmişdi.
Millimiz növbəti oyununu avqustun 27-də, saat 13:30-da Çexiya yığmasına qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB