"Xəzər Lənkəran"ın Rusiya fan-klubu əməli işlərə başladı

"Xəzər Lənkəran"ın Rusiya fan-klubu əməli işlərə başladı
Moskvada "Xəzər Lənkəran" restoranı, ofisi və fan-şopunun yaradılması prosesi yekunlaşmaq üzrədir. Siasport.az saytı xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytına ümumrusiya "Xəzər Lənkəran" fan-klubunun sədri Vüqar Hüseynov verib. Restoran, ofis və fan-şop Moskva şəhərində, Leskov küçəsi, 34 ünvanında fəaliyyət göstərəcək. Bütün bunlar 450 kvadrat metr olan sahəni əhatə edəcək. Restoran 200 nəfər üçün nəzərdə tutulub, bundan əlavə burada 50 nəfərlik VİP zal olacaq. Bütün otaqlar "Xəzər Lənkəran" futbol klubunun simvolları və atributikası ilə bəzənəcək. "Açılışa hazırlıq yüksək səviyyədə aparılır və biz bunu may ayında, Premyer Liqa oyunlarının yekunlaşması ərəfəsində həyata keçirməyi planlaşdırırıq. Mərasimdə iştirak üçün həm də bizim tanınmış aktyor və musiqiçilərimizi dəvət etməyi nəzərdə tutmuşuq",- deyə Vüqar Hüseynov qeyd etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə