"Qarabağ" və “Qəbələ”nin rəqibləri müəyyənləşdi

"Qarabağ" və “Qəbələ”nin rəqibləri müəyyənləşdi

Monakoda futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Bununla da həmin mərhələdə mübarizəni davam etdirən 48 komandanın rəqibi məlum olub.

SİA-nın məlumatına görə, püşkatmada Azərbaycan təmsilçiləri "Qarabağ" və "Qəbələ"nin də rəqibləri müəyyənləşib. "Qarabağ" komandası "J" qrupunda "Fiorentina" (İtaliya), PAOK (Yunanıstan), "Slovan" (Liberets, Çexiya) klubları ilə görüşəcək.

"Qəbələ" isə "C" qrupunda "Anderlext" (Belçika), "Sent-Etyen" (Fransa), "Maynts" (Almaniya) klubları ilə qarşılaşacaq.

Ümumilikdə, 48 komanda hərəsində dörd iştirakçı olmaqla 12 qrupa bölünüb.

A qrupu: Mançester Yunayted, Fənərbaxça, Feyenoord, Zarya


B qrupu: Olimpiakos, APOEL, Younq Boys, Astana


C qrupu: Anderlext, Sent-Etyen, Maynz, Qəbələ


D qrupu: Zenit, Az Alkmaar, Makkabi (Təl-Əviv)


E qrupu: Viktoriya, Roma, Austria, Astra


F qrupu: Atletik, Genk, Rapid, Sassulo


G qrupu: Ayaks, Standard, Selta, Panatinaikos


H qrupu: Şaxtyor, Braqa, Gent, Konyaspor


İ qrupu: Şalke, Zalsburq, Krasnodar, Nitsa


J qrupu: Fiorentina, PAOK, Slovan, Qarabağ


K qrupu: İnter, Sparta, Sauthempton, Hapoel Beer Sheva


L qrupu: Villareal, Styaua, Sürix, Osmanlıspor

Bütün xəbərlər Facebook səhifəmizdə