İspaniyanın "Barselona" futbol klubunun braziliyalı futbol ulduzu Dani Alveş, klubun baş məşqçisi Xose Qvardiola olmadan "Barselona"nı heç cür təsəvvür etmədiyini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, İspaniyanın "El Mundo" qəzetinə açıqlama verən braziliyalı futbolçu, X.Qvardiolanın "Barselona" ilə 2012-ci ilin iyun ayında başa çatacaq müqaviləsinin yenidən uzadılacağına əmin olduğunu da dilə gətirib: "Xose Qvardiolanın olmadığı bir "Barselona"nı təsəvvür etmək çox çətindir. Hər kəsin bir dövrü var, bu belədir. Amma ümid edirəm ki, "Barselona"da X.Qvardiola dövrü uzun sürər. Çünki onsuz "Barselona" düşünülməz. O, çox düzgün qərarlar verən və düşünülmüş planlar həyata keçirən bir adamdır. O nə etdiyini və hansı qərarlar qəbul etdiyini əla bilir. Onun dediklərini yerinə yetirməmək ağılsızlıq olar. Bizdən bezənə qədər onun arxasıncayıq"-deyə braziliyalı futbolçu fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB