“Milan” Patosuz qaldı!

İtaliya A Seriyasının hazırkı lideri "Milan"ın braziliyalı futbol ulduzu Aleksandro Pato aldığı zədənin agırlığından hələ 2-3 həftə yaşıl meydanlara dönməyəcək. Siasport.az saytı xəbər verir ki, italyan klubunun rəsmi açıqlamasında, "Sampdoriya" ilə keçirilən qarşılaşmanın ortalarında zədələnərək meydanı tərk edən brazlilyalı futbolçunun zədəsinin ağır olduğu, bunun üçün cərrahiyyə əməliyyatının zəruri olduğu və ən azından 2-3 həftə "Milan"a kömək edə bilməyəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə