ÇL-in formatında dəyişiklik edilib

ÇL-in formatında dəyişiklik edilib

Çempionlar Liqasının formatında dəyişiklik edilib. SİA-nın məlumatına görə, 2018/2019 mövsümündən etibarən UEFA-nın ölkə reytinqinin cədvəlində ilk 4-lükdə yer alan ölkələrdən 4 klub birbaşa ÇL-in qrup mərhələsində oynayacaq.

Bundan başqa, 2018/2019 mövsümündən etibarən Avropa Liqasının qalibi komanda Çempionlar Liqasına pley-off mərhələsindən deyil, qrup mərhələsindən qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə