Joze Maurinyo jurnalistlər üçün bir nömrəli düşmənə çevrilib?

Joze Maurinyo jurnalistlər üçün bir nömrəli düşmənə çevrilib?

Öz meydanında əzəli rəqibi "Barselona" ilə qollu heç-heçəyə razılaşan və bundan əvvəlki derbidə alınan 0:5 hesablı acı məğlubiyyətin əvəzini çıxa bilməyən "Real"da. işlər yaxşı getmir. Siasport.az saytının xəbərinə görə, artıq kral klubunda portuqaliyalı futbol mütəxəssisinə olan ümidlər sürətlə azalmağa başlayıb. Bu qarşılaşmadan sonra, həttda kral klubunun idman direktoru ilə münasibətlərini daha da gərginləşdirən J.Maurinyo, jurnalistlərə qarşı da amansız davranışı ilə diqqət çəkir. Belə ki, oyundan sonra keçirilən mətbuat konfransında İspaniyanın məşhur "AS" qəzetinin müxbirini acılayan J.Maurinyo, bununla da ispan jurnalistlərin ona olan nifrətini bir az da yüksəldib. Oyundan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin heç bir sualına cavab verməyən J.Maurinyo, elə buna görə də "AS" qəzetinin onun haqqında yazdığı sərt tənqidə kəskin cavab verib: "Siz "AS" qəzetinin rəhbərisiniz? Əgər deyilsinizsə, mən də sizin sualınızı cavablandırmayacam. Çünki sizin məntiqinizə görə, əgər mənim köməkçim sizin suallarınızı cavablandıra bilməzsə, o zaman siz də mənə sual verə bilməzsiniz. Qoy mənə rəhbəriniz gəlib sual versin."-deyə J.Maurinyo fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə