Bu gün gənclər və idman naziri Azad Rəhimov Quba rayon Heydər Əliyev Mərkəzində Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinlərini qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda 30-a yaxın vətəndaş iştirak edib. Vətəndaşlar tərəfindən edilən müraciətlər gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və iş ilə təminat sahələrini əhatə edib.
Gənclər sahəsində edilən müraciətlər isə Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti olub.
Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətləri əhatə edib.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB