\"Akkord\" Avropa Çempionlar Kubokunda yarışacaq

\"Akkord\" Avropa Çempionlar Kubokunda yarışacaq
Ötən il müəyyən obyektiv səbəblər üzündən qitəmiqyaslı kubok yarışlarına gedə bilməyən kişi otüstü hokkeyçilərdən ibarət "Akkord" klubu bu il öz arzusunu reallaşdıracaq. Siasport.az saytı xəbər verir ki, bu günlərdə Avropa Hokkey Federasiyasından verilən məlumata görə, Azərbaycan çempionu 10-13 iyun tarixində Slovakiyanın Bratislava şəhərində "Çelenc IV" turnirində mübarizə aparacaq. "Akkord"un "A" qrupundakı rəqibləri Sloveniyanın "Moravski Toplitse"(10 iyun), Türkiyənin "Qaziantep Polisgücü"(11 iyun) və yerli "Raca" (12 iyun) komandaları olacaq. Bir gün sonra Azərbaycanın şirkət təmsilçisi qrupda tutduğu yerə müvafiq "çarpaz" üsulla digər qrupun nümayəndəsi ilə qarşılaşacaq: 4A-3B, 3A-4B, 2A-1B, 1A- 2B. Bu oyunlardan sonra kimin yüksək diviziona keçməsinə aydınlıq gətiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə