Murad Məmmədov yeni təyinat alıb

Murad Məmmədov yeni təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Siasport.az saytı xəbər verir ki, UEFA Regionlar kubokunun 6-cı qrupu çərçivəsində aprelin 23-dən 27-dək Çexiyanın Zlin şəhərində keçiriləcək oyunların hakim-inspektoru Murad Məmmədov olacaq. Bu qrupda Litva, Macarıstan, Çexiya və Xorvatiyanı təmsil edən komandalar mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə