“Qəbələ” “Çelsi” və “Trabzonspor”la üz-üzə

“Qəbələ” “Çelsi” və “Trabzonspor”la üz-üzə

Daha öncə "Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandasının 2-ci Beynəlxalq Kuşadası turnirində iştirak etmək məqsədilə aprelin 19-u Türkiyəyə yollanacağını xəbər vermişdik. Siasport.az saytı xəbər verir ki, qardaş ölkəyə 27 nəfərlik heyətlə yollanacaq kollektivə "Qəbələ" Futbol Akademiyasının direktoru Ali Yavaş başçılıq edəcək. 5 günlük turnir müddətində komanda "Aqua Fantasy AquaPark Hotel"də məskən salacaq. Artıq "Qəbələ"nin qrup mərhələsində qarşılaşacağı komandaların adları da məlumdur. Təmsilçimiz ilkin mərhələdə "Çelsi", "Trabzonspor", "Altay", Adana Gənçlərbirliyi" və "Berlin Türkiyemspor"la mübarizə aparacaq. Turnirin açılış günündə - aprelin 20-i "Qəbələ" müvafiq olaraq 3 komanda ilə - "Trabzonspor", "Çelsi" və "Adana Gənclərbirliyi" ilə üz-üzə gələcək. Bir gün sonra isə təmsilçimiz "Altay" və "Berlin Türkiyemspor"la münasibətlətini aydınlaşdıracaq. Qrup oyunları tək hissədən ibarət olacaq və 25 dəqiqə davam edəcək. Qrup mərhələsindən sonrakı matçlar yenə tək hissəli, amma 35 dəqiqə oynanılacaq. Yalnız final matçının qalibi iki 20 dəqiqəlik hissədə müəyyənləşdiriləcək.

"Qəbələ" Türkiyəyə aşağıdakı heyətlə yollanacaq:

Yusif Şirinov, Aleksey Dedyukin, Həsənağa İsmayılov, Bəhlul Mustafazadə, Ayhan Əsədov, Mirəli Məmmədzadə, Fərid Məmmədov, Samir Musayev, Ülvi İskəndərov, Əli Səmədov, Fuad Bayramlı, Qədir Bayramlı, Çingiz Hüseynov, Sahil Mirzəyev, Yusif Nəbiyev, Roman Hüseynov, Fərid Əsədli, Orxan Mehrəlizadə.

Bundan əlavə Akademiya rəhbərliyi turnir boyunca təşkil olunacaq "Futbol İnfrastruktruna Baxış" movzusunda seminar da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə