Həmzət Ağayev: "Ermənilər boksçumuza ədəbsiz jest göstərdilər"

Həmzət Ağayev: "Ermənilər boksçumuza ədəbsiz jest göstərdilər"

"Paris United" - "Baku Fires" qarşılaşması canlı yayımlandığından hamı orada nələrin baş verdiyini gördü. 85 kq çəki dərəcəsində mübarizə aparan Rizvan Əlimuradov Hrvoje Sepi məğlub etmişdi. Amma 2 avropalı hakim 48:47 hesabı ilə qələbəni rəqibə verdi. Halbuki argentinalı referi Əlimuradovun 50:45 hesabı ilə qələbə qazandığını qeydə aldı". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Baku Fires" boks klubunun baş məşqçisi Həmzət Ağayev deyib.

Federasiyanın rəsmi saytına açıqlama verən baş məşqçi Parisdə böyük ədalətsizliklə üzləşdiklərini bildirib: "Hakimlər arasında bu dərəcədə fikir ayrılığı necə yarana bilər? 4-cü raunddan sonra 2 avropalı hakim hesabın bərabər olduğunu bildirib. 5-ci raundda da Əlimuradov rəqibindən zəif təsir bağışlamadı. Amma həmin 2 hakim nədənsə fikrini dəyişdi".

Ağayev Parisdəki qeyri-obyektivliklə bağlı WSB liqasına etiraz məktubu göndərdiklərini bildirib: "Biz Rizvan Əlimuradovun görüşünün nəticəsinin ləğv olunmasını istəyirik. Bununla yanaşı, Mişel Tavares - Soltan Migitinov döyüşü ilə də bağlı protest vermişik. Həmin görüşdə də hakim səhvləri olub. WSB liqasının ovyektiv qərar qəbul edəcəyinə ümid edirik. Əgər Parisdə 1:4 hesabı ilə uduzsaydıq, finala biz vəsiqə qazanacaqdıq. Çünki xal fərqində üstünlük bizim tərəfimizdə idi. Bu mövsüm "Baku Fires" liqanın ən yaxşı komandalarından idi. Hakim qərəzi ucbatından liqa ilə ayrılmaq istəməzdik. Bu mövsüm bizə böyük dəstək olan federasiya rəhbərliyinə, boks həvəskarlarına təşəkkür edirəm".

"Baku Fires"in baş məşqçisi Fransadakı ermənilərin idman sarayına gələrək, "Paris United"ə dəstək olduqlarını söyləyib: "Onlar kənardan müxtəlif sözlər ataraq, bizim boksçuları provakasiyaya çəkmək istəyirdilər. Ona görə də Əlimuradov əsəblərini cilovlaya bilmədi. Ermənilər boksçumuza ədəbsiz jest göstərdilər. Görüşdə sonadək bizə dəstək olan azərbaycanlı azarkeşlərə təşəkkür edirəm".

Qeyd eədk ki, "Baku Fires" ilk görüşdə "Paris United"i 4:1 hesabı ilə məğlub etsə də, cavab qarşılaşmasında 0:5 hesabı ilə uduzub. WSB liqası komandamızın etirazına çərşənbə axşamı baxacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня