Rafael Benitezi ağlatdılar!
İngiltərənin \"Liverpul\" klubunun keçmiş baş məşqçisi Rafael Benitezi ağlayan da görmək olarmış. Siasport.az saytı xəbər verir ki, 22 il bundan əvvəl 96 \"Liverpul\" azarkeşinin də həyatını itirdiyi faciə ilə bağlı keçirilən mərasimdə R.Benitez göz yaşlarını saxlaya bilməyib. Adətən soyuq adam təsiri bağışlayan, eyni zamanda zəhmli adam kimi tanınan ispaniyalı futbol mütəxəssisinin faciəli şəkildə rəhmətə gedən insanları göz yaşları ilə xatırlaması ingilis mətbuatının diqqətindən yayınmayıb. İngilis mətbuatı \"Benitezin də ürəyi var imiş\" kimi başlıqlar dərc etməklə məşhur futbol mütəxəssisinin kövrəlməsinə münasibət bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə