\"Mançester Siti\" \"Qırmızı şeytanlar\"ın arzusunu ürəklərində qoydu
İngiltərə Kubokunun finalçıları müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, İngiltərə Kuboku ugrunda yarımfinal mərhələsinin cavab qarşılaşmasında üz-üzə gələn \"Mançeter Siti\" və \"Mançester Yunayted\" futbol klubları münasibətlərinə aydınlıq gətirməklə yanaşı, həmçinin kimin finalda oynayacağını da müəyyənləşdiriblər. Mançester şəhərini təmsil edən iki ingilis klubunun amansız duelində gülən tərəf, ərəb şeyxlərinin klubu olan \"Mançester Siti\" olub. Onsuz da növbəti dəfə İngiltərə çempionluğunu turnir cədvəlindəki əlçatmazlığı ilə elə indidən təmin etmiş \"qırmızı şeytanlar\", çempionluğla yanaşı kuboku da başlarının üzərinə qaldırmaq istəyirdilər. Amma qarşılaşmanın 52-ci dəqiqəsində Yaya Tuyenin vurduğu qolla bu istəkləri alt-üst olan \"qırmızı şeytanlar\", indi bütün ümidlərini çempionluğa dikiblər. \"Mançester Siti\" isə İngiltərə Kubokunun finalında \"Stol Siti\" klubu ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB