Akif İsmayılov: “Hazırda planımızda stadionun ikinci mərtəbəsinin tikilməsi var”-MÜSAHİBƏ
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılovun siasport.az saytına eksklüziv müsahibəsi:
- Akif müəllim, hazırda stadionun ot örtüyündə təmir işləri gedir…
- Bəli, stadionun ot örtüyündə təmir işləri gedir. Bolqar mütəxəssis ot örtüyü üzərində çalışır, ancaq bunun nəticəsini görmək üçün hələ gözləmək lazımdır. 20-25 gündən sonra hər şey məlum olacaq. Ot örtüyünün təmir işlərini \"A+A\" şirkəti maliyyələşdirir. Hazırda ot örtüyünə xaricdən gətirilmiş gübrələr verilir. Mütəxəssisin istədiyi bütün şərait yaradılıb.
- Stadionda başqa hansı təmir işləri aparılır?
- İşıq sistemində dəyişikliklər gedir. Gənclər və İdman Nazirliyi tərəfindən bütün projektorlar dəyişdirilir, Yeni üç generator quraşdırılır. Əgər işıq sönərsə, 100 lapma sönməyəcək. Yəni oyun davam edəcək. Daha sonra isə 10 saniyə ərzində avtomatik olaraq generatorlar işə düşəcək və işıq sistemi bərpa olunacaq.
Oturacaqlara qaldıqda isə, bəzi mətbuat orqanlarında yazılır ki, onlar çürüyüb. Ancaq bu belə deyil. Artıq 15 ildən yuxarıdır ki, bu oturacaqlar istifadə olunur və onlar açıq hava şəraitində qalırlar. Ona görə də nə qədər yuyulub təmizlənsə də onların rəngi solur. Oturacaqların dəyişdirilməsinə gəldikdə isə gənclər və idman naziri Azad Rəhimovun yanında olmuşam. May ayında bu məsələyə baxılacaq. Ümid edirik ki, məsələ müsbət həll olunacaq. Tapşırıq var ki, 30 min oturacaq ilin axrınadək dəyişdirilməlidir.
Stadionun soyunub-geyinmə otaqlarında təmir işləri aparılır. Futbolçular üçün olan vanna otaqları da təmir olunur. Biz təsərrüfat hesablı olduğumuza görə, çalışırıq ki, öz gücümüzə təmir işləri aparaq.
- Mediada stadiona yeni ambulans maşınların alınacağı yazılır...
- Bu təşəbbüsü, mən göstərmişəm. Ambulans maşınlar yoldadır. On gündən sonra 4 belə maşın Bakıya çatdırılacaq. Onlar benzinlə işləmirlər. Qeyd edim ki, bu maşınlar Çindən gətirilir. \"Bakı\" Futbol Klubunun prezdienti Hafiz Məmmədova təşəkkürümü bildirirəm ki, bu maşınları o, bizə hədiyyə olaraq alır. Maşınların qiymətinə gəldikdə isə, onun birinin dəyəri 10-12 mindir. Bu maşınlardan biri Respublika stadionunundur. Qalanları ilə isə başqa klublar maraqlanırlar.
- Stadionun ərazisində klubların "fanshop"larının yaradılması nəzərdə tutulub?
- Mən nazirdən icazə almışam. Stadionun ərazisində üç klub üçün dükan tikiləcək. Bunlar \"Neftçi\", \"Bakı\" və \"Qarabağ\" klublarıdır. Biz yerini icarəyə verəcəyik, klublar isə öz vəsaitləri hesabına dükanı tikəcəklər. Onu da qeyd edim ki, heç bir klubdan böyük məbləğ tələb olunmur.
- Tofiq Bəhramov adına Respublika stadionu universitetlərlə əməkdaşlıq edirmi?
- Bəli, hansı universitetlərin idman zalları yoxdursa, onlar bizə müraciət edirlər. Universitetlər əsasən yay vaxtı burada dərslərini keçirlər. Qışda isə başqa yerlərdə məşq edirlər. Onlar bizə icarə haqqı ödəyirlər. Birinci Divizionun kulublarından bəziləri, cəmiyyətlərin komandaları da bizim ehtiyat meydançamızdan məşqlər üçün istifadə edirlər.
Ancaq şəhər sakinləri stadiondan pulsuz istifadə edə bilirlər. Bəziləri var ki, onlar 20 ilə yaxındır ki, burada məşq edirlər.
- Bizdə olan məlumata görə, stadionun üstünün örtülməsi nəzərdə tutulub...
- Bəli, stadionun üstünün bağlanması ilə əlaqədar bir neçə təkliflər var. Layihələr hazırlanır. Hələlik bu təklifləri yığırıq. May ayına qədər nazirə təqdim edəcəyik. Hansı layihə qəbul olunsa, onu da həyata keçirəcəyik. İtaliya, İspaniya və Türkiyədən mütəxəssislər gələcəklər.
Qeyd edim ki, bütün təkliflər cəlbedicidir.
- Stadionun azarkeş tutumunun çoxaldılması üçün layihə hazırlanır?
- Hələ ki, bu barədə layihə hazırlanmır. Ancaq buna ehtiyac olarsa, tablo tərəfi, 1,2, 27 və 28-ci sektorları böyütmək olar. Bunları böyüdəndən sonra azarkeş tutumunu 40 minə çatdırmaq olar.
- Mətbuat konfransı üçün zal çox kiçikdir. Bu zalın böyüdülməsi nəzərdə tutulur?
- Stadionda tam təmir gedəcəksə, o yerləri də dəyişdirməli və böyütməli olacağıq. Hazırda planımızda stadionun ikinci mərtəbəsinin tikilməsi var. Planda konfrans zalını da böyüdərək, ikinci mərtəbəyə keçirmək də var. Bu məsələlərin hamısına mayın axırı iyunun əvvəlində nazirlə birlikdə baxılacaq.
Beynəlxalq oyunlarımız və Premyer Liqanın oyunlarına görə, hələ ki, stadionu bağlamaq olmur.
- Son zamanlar klubların azarkeşləri stadionun oturacaqlarını çox qırırlar. Bu hallara qarşı hansı addımlar atırsınız?
- Onlar 15 ilin oturacaqları olsa da, belə skamyalar hazırda Azərbaycanda yoxdur. Onların altındakı dəmirlər məhz həmin skamyalar üçün uyğunlaşdırılıb. Biz klubların sındırılmış skamyaların əvəzində aldıqları oturacaqları quraşdırmaq üçün çox böyük əziyyət çəkirik. Klub rəhbərləri ilə görüşmüşəm, telefonla danışmışam ki, belə hallar aradan qaldırılsın. Biz illərdir, klublardan buna görə pul istəməmişik. Yalnız bir müddət əvvəl oturacaqlar lap çox sındırıldığına görə "Xəzər Lənkəran" və "Neftçi"yə müraciət etdik. Altı yüzə yaxın skamya sıradan çıxarılmışdı. Ancaq o oyundan sonra heç bir kluba bu məsələ ilə əlaqədar müraciət etməmişik.
Klub rəhbələri ilə danışığımız olub ki, bundan sonra oyunların əvvəlində hər klub üçün ayrılmış yerlərə onların nümayəndəsi ilə birlikdə baxılacaq və oyunun sonununda da təhvil alınacaq.
Müqavilədə də var ki, stadionda belə vəziyyət olmamalıdır. Stadion oyundan əvvəlki vəziyyətdə təhvil verilməlidir. Stadion direktoru heç bir klubdan oturacaq istəməli deyil. Hamısı bizim klublarımızdır. Özləri də bilirlər ki, sındırırlarsa, ödəməlidirlər. Əgər bunu başqa cür qəbul edərlərsə, mən bir də heç vaxt onlardan heç nə istəmərəm. "Neftçi"-"Qarabağ" oyunundan əvvəl də hər iki kluba müraciət etmişdim. Təəssüf ki, oyun bitən kimi, onların heç bir nümayəndəsi stadionda qalmadı. Bir klub sevinirdi, o biri isə məyus idi. Biz həmin yerlərə əl vurmadıq, 2-3 gün də gözlədik.
Futbolda belə hallar olur, ancaq bu qədər də yox. Bu gün də sizin vasitənizlə fanklubara müraciət edirəm ki, belə hallara yol verməsinlər.
- Stadionun girişində müəyyən ərazini icarəyə götürüblər. Orada kiçik meydançalar var. Onlar stadiona nə qədər pul ödəyirlər?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB