Hiddinq Abramoviçə nə məslət etdi?

Hiddinq Abramoviçə nə məslət etdi?

Bir neçə müddətdir ki, İngiltərənin \"Çelsi\" futbol klubunun rusiyalı milyarder sahibi Roman Abramoviç yaxın dostu olan Qus Hiddinqi yenidən \"zadəganlar\"ın baş məşqçisi postuna qaytarmaq üçün çalışırdı. Amma hazırda Türkiyə milli komandasının baş məşqçisi olan hollandiyalı futbol mütəxəssisi onun bu istəyini nəzakətlə geri çevirərək, bunu Türkiyə Futbol Federasiyası ilə olan müqaviləsinin müddəaları və işindən razı olması ilə əsaslandırıb. Sözsüz ki, burada Q.Hiddinqə dəyəcək maddi ziyan əsas məsələ deyil. Çünki dünyanın ən varlı adamlarından olan R.Abramoviçin Q.Hiddinqin işini yarımçıq buraxacağı təqdirdə ona dəyən ziyanı ödəməyə pulunun olmadığını demək gülməli çıxar. Amma məsələ hollandiyalı məqşçinin dünya fitbolundakı etibarından gedir. Elə bunları nəzərə alan Q.Hiddinq də dostuna nəzakətli şəkildə rədd cavabı verərək özünün yerinə həmyerliləri, sonuncu dəfə məşqçi olaraq İstanbulun \"Qalatasaray\" futbol klubunu çalışdıran Frank Raykardı və başqa məşhur hollandiyalı futbol mütəxəssisi Marko Van Basteni məsləhət bilib. İngiltərənin yüksək tirajlı \"Daily Mail\" qəzeti yazır ki, artıq hər iki dost görüşərək mövsüm qurtaran kimi \"Çelsi\"nin sükanı arxasına kimin təyin olunacağını müzakirə ediblər. İngilis mətbuatının xəbərinə görə, R.Abramoviç baş məşqçi kimi daha çox təcrübəsi olan, bir neçə il bundan əvvəl İspaniyanın \"Barselona\" futbol klubunu çalışdırmış F.Raykardı klubun sükanı arxasına gətirmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə