İstanbulun \"Qalatasaray\" futbol klubunun keçmiş baş məşqçisi Georgi Hacı özünə yeni iş yeri tapıb. Siasport.az saytı xəbər verir ki, İstanbulun \"Qalatasaray\" klubuna ikinci dəfə qayıtmaqla da ancaq uğursuzluqlarla yadda qalan və bir müddət bundan əvvəl kubdan ayrılan rumuniyalı futbol mütəxəssisi, ölkəsinin məşhur klublarından olan \"Steaua\"ya qayıdır. Türkiyə mətbuatı xəbər verir ki, bir neçə gün bundan əvvəl \"Steaua\"nın sahibi ilə görüşən G.Hagi, artıq kluba qayıtmaq üçün günlərini sayır. \"Steaua\"nın hazırkı baş məşqçisi isə keçici dövr üçün baş məşqçiliyə gətirilib. Rumuniya mətbuatı xəbər verir ki, artıq klubun əvvəlki şöhrətini yenidən geri qaytarmaq və \"Steaua\"nın Avropanın önəmli klublarından birinə çevrilməsi üçün plan hazırlayan rəhbərlik, adlı-sanlı futbolçuları kluba cəlb etməklə, bu planını reallaşdırmaq istəyir. G.Hacının də bu üzdən kluba baş məşqçi gətirilməsi planlaşdırılır. Hər halda Rumuniya mətbuatı da bu məsələnin bir neçə həftə ərzində işə düşəcəyini yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB