Təşkilat Komitəsi FİFA-da müzakirələr aparacaq

Təşkilat Komitəsi FİFA-da müzakirələr aparacaq
17 yaşadək qızlardan ibarət yığma komandalar arasında 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatının yerli Təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədov, komitənin üzvləri-Cavid Qarayev, Elnur Məmmədov, Şəhla Sultanova, Nərgiz İsmayılova və Nərgiz Məmmədova İsveçrənin Sürix şəhərinə 1 günlük rəsmi səfərə gediblər. Siasport.az saytı xəbər verir ki, Təşkilat Komitəsinin üzvləri səfər proqramı çərçivəsində FİFA nümayəndələri ilə görüşlər keçirəcək, U-17 qızlar arasında DÇ-2012-nin təşkilati işləri ilə bağlı müzakirələr aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə