10 MQ 400
Azərbaycan Premyer Liqasının \"Bakı\"-\"Qarabağ\" qarşılaşmasının 77-ci dəqiqəsində Azərbaycan futbolunun yeni rekordu təyin olundu. Siasport.az saytı xəbər verir ki, həmin an meydana çıxan Mahmud Qurbanov ölkə çempionatlarında 400 oyun keçirən ilk futbolçu kimi tarixə düşdü.


Mahmud Qurbanov Azərbaycan futbolunun ən təcrübəli futbolçusudur. 1992-ci ildə peşəkar futbol karyerasının ilk addımlarını atan Mahmud 2011-ci ildə Azərbaycan çempionatlarında 400 oyun keçirən ilk futbolçu kimi qeydə alındı.


\"Kəpəz\", \"Neftçi\", \"İnter\", \"Xəzər Lənkəran\", \"Şəmkir\" kimi klublarda forma geyinən Mahmud Qurbanov 2008-ci ildən etibarən \"Bakı\" futbol klubunun idman şərəfini qoruyur. Təsadüfi deyil ki, klub tərəfdarları da bu rekorda hazırlıq görmüşdülər. Mahmud Qurbanovun meydana çıxdığı an tərəfdar tribunasında qaldırılan pankart olduqca maraqlı idi:


10 MQ 400 (10 Bakı, MQ - Mahmud Qurbanov, 400- 400-cü oyun)


Qeyd edək ki, Mahmud Qurbanov Azərbaycan futbolunda təkrarolunması mümkünsüz görülən daha bir rekordun sahibidir. O, 10 dəfə ölkə çempionu tituluna layiq görülüb.


\"

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня