Bu gün gənclər və idman naziri Azad Rəhimov
İordaniyaya rəsmi səfərə yollanıb. Siasport.az saytı xəbər verir ki, nazir
İordaniya Haşimilər Krallığı Gənclərlə iş üzrə Ali Şurasının sədri tərəfindən
bu ölkəyə dəvət olunub. A.Rəhimov iki ölkə arasındakı əməkdaşlıq proqramı və
sazişin müddəalarından irəli gələn məsələləri müzakirə etmək məqdsədi ilə səfər
yollanıb.
Qeyd edək ki, 12 okytabr 2009-cu ildə Əmman
şəhərində "Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı
Hökuməti arasında 2010-2011-2012-ci illər üçün elm və təhsil, mədəniyyət və
incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə
İcraedici Əməkdaşlıq Proqramı" imzalanıb. Bununla yanaşı, İordaniya
Haşimilər Kralı II Abdullahın Azərbaycan Respublikasına rəsmi səfəri
çərçivəsində 16 may 2010-cu il tarixdə "Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi və İordaniya Haşimilər Krallığının Ali Gənclər
Şurası arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.
Səfər 21 aprel 2011-ci il tarixinədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB