Nazir Qubada vətəndaşları qəbul edəcək

Nazir Qubada vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Azad Rəhimov avqustun 26-da Quba rayonunda vətəndaşları qəbul edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Quba 050 200 27 37, 070 202 27 37

Qusar 055 435 76 16, 070 317 24 13

Siyəzən 055 694 53 76, 050 569 43 76

Şabran 055 612 26 62, 050 351 79 05

Xaçmaz 055 578 35 99, 050 270 80 60

Bütün xəbərlər Facebook səhifəmizdə