Ronaldo Florentino Peresin müşaviri oldu

Ronaldo Florentino Peresin müşaviri oldu

Əfsanəvi futbolçu Ronaldo yenidən "Real Madrid"ə qayıdıb. SİA-nın məlumatına görə, Braziliya millisinin və "Real"ın keçmiş futbolçusu bu dəfə "Kral klubu"nun prezidenti Florentino Peresin müşaviri kimi fəaliyyət göstərəcək. O, həm də klubun dünya üzrə səfiri vəzifəsini yerinə yetirəcək.

Xatırladaq ki, Ronaldo "Real Madrid"də 2002-2007-ci illərdə oynayıb. 39 yaşlı futbolçu bu klubda 177 matçda meydana çıxıb və 104 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə