Tofiq Bəhramov adına Respublika stadionunun üstü bağlanacaq- FOTOSESSİYA- EKSKLÜZİV
Tofiq Bəhramov adına Respublika stadionu üçün böyük layihə hazırlanır. Bu barədə siasport.az saytına stadionun direktoru Akif İsmayılov məlumat verib. O, hələ bu barədədə danışmağın tez olduğunu vurğulasa da, yeni layihənin hazrlandığını və yaxında nazirə təqdim olunacağını qeyd edib: "Düzdür hələ bu barədə danışmaq tezdir, ancaq layihə hazırlanır, cənab nazirə təqdim olunacaq. Bu layihə stadionun üstünün örtülməsi ilə əlaqədardır. Hələlik bütün təklifləri bir yerə yığıb, hazılamaqla məşğuluq. May ayına qədər təklifləri nazirə göstərəcəyik. Hansı layihə daha yaxşı olsa, o layihəni həyata keçirəcəyik. İtaliya və Türkiyədən mütəxəssislər gələcək. Təkliflərlə maraqlanmışam, təqdim olunan layihələrin hamısı cəlbedicidir". Stadionun azarkeş tutumunun artılması ilə bağlı sualımızı isə mərkəzi arenanın direktoru belə cavablandırdı: "Stadionun azarkeş tutumuna qaldıqda isə, bununla əlaqədar hələ ki, layihə hazırlanmır. Əgər belə bir layihə lazım olsa, tablo tərəfi, 27, 28, 1 və 2-ci sektorları böyüdərək azarkeş tutumunu 40 minə çatdırmaq olar".
Stadionun üstünün bağlanması üçün layihədə yer alan fotoları eksklüziv olaraq təqdim edirik:
Elgün Vidadioğlu
siasport.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB