Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turniri keçiriləcək

Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turniri keçiriləcək

20-23 aprel 2011-ci il tarixdə "Sərhədçi" İdman Olimpiya Mərkəzində Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında beynəlxalq turnir keçiriləcək. Siasport.az saytı xəbər verir ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Belarus, İsrail, İraq, İsveç, Qırğızıstan, Qazaxstan, Özbəkistan və Tacikistan güləşçiləri iştirak edəcək.

Turnirin proqramına əsasən, aprelin 20-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 21-də yunan-Roma güləşi üzrə gənclər, 22-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 23-də isə sərbəst güləş üzrə gənclər mübarizəyə qoşulacaq.

Turnirin rəsmi açılış mərasimi 20 aprel 2011-ci il, saat 17.00-da baş tutacaq.

Qalib və mükfatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə