Göyçayda Azərbaycan Aykido Federasiyasının yeni bölməsi açılıb

Göyçayda Azərbaycan Aykido Federasiyasının yeni bölməsi açılıb
Azərbaycanda Aykido Günləri çərçivəsində növbəti tədbir Göyçay Olimpiya-İdman Kompleksində keçirilib. Siasport.az saytı xəbər verir ki, kompleksdə aykido döyüşü idman növü üzrə yeni bölmənin açılışı münasibətilə keçirilən toplantıda Azərbaycan Aykido Federasiyasının prezidenti Fərhad Ələsgərov, rayon icra hakimiyyətinin şöbə müdiri Rəşad Şükürov çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından, qazanılan uğurlardan danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin iştirakı ilə ötən ilin fevralında istifadəyə verilmiş Göyçay Olimpiya İdman Kompleksi tez bir zamanda rayonda idman hərəkatının geniş vüsət almasına səbəb olub.

Hazırda 400-dən artıq idmançının kompleksdə mütəmadi olaraq idmanın 15-ə yaxın növü ilə məşğul olduğunu deyən natiqlər gənclərin aykidoya həvəs göstərməsini nəzərə alaraq burada yeni bölmənin açılmasını yüksək qiymətləndiriblər. Federasiyanın nümayəndəsi, məşqçi Rafiq Musayevin rəhbərliyi ilə kompleksdə artıq dərslərin başlandığı və son günlərdə bu idman növü ilə məşğul olmaq üçün çoxsaylı gənclərin müraciət etdiyi bildirilib.

Sonda Gəncə və Oğuzdan gəlmiş aykido ustalarının nümunəvi çıxışları göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com