"Bakı" futbol klubunun hollandiyalı yarımmüdafiəçisi Adnan Bərəkət Azərbaycan Premyer Liqası 27-ci turunun "Bakı"-"Qarabağ" oyunu barədə fikirlərini bildiirib. Siasport.az saytı futbolçunun fikirlərini nəzərinizə çatdırır: "Çətin və vacib oyunlardan biridir. "Qarabağ" güclü rəqibdir. Amma biz də idiialıyıq, bu oyunda asan təslim olmayacağıq. Yaxşı oyun göstərib, qələbə qazanmaq istəyirik. Hər oyunda olduğu kimi sabah da meydana yalnız qələbə üçün çıxacağıq. Azarkeşlərimizi bizə dəstək olamağa çağırıram".
Qeyd edək ki, adıçəkilən qarşılaşma 16 aprel 2011-ci il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyun saat 18-də başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB