"Mançester Yunayted"in futbolçusu Bastian Şvaynştayger klubundan ayrılmağı düşünmür. Bu barədə o, özünün "Tvitter" hesabından bildirib:"Mançester Yunayted" Avropada oynayacağım son klub olacaq. Digər klublara hörmət edirəm, amma mən "Bavariya"dan "Mançester Yunayted"də oynamaq üçün ayrıldım. Klubumun mənə ehtiyacı olsa, həmişə hazıram".
Qeyd edək ki, B.Şvaynştaygerin "MY" ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB