Zeynal Məmmədov: \"Bu mövsümün nəticələri Starkova münasibətimizi dəyişməyəcək\"

Zeynal Məmmədov: \"Bu mövsümün nəticələri Starkova münasibətimizi dəyişməyəcək\"
\"Spartak\"ın baş məşqçisi Valeri Karpin vəzifəsindən uzaqlaşdırıla bilər. Həm Rusiya çempionatında, həm də Avroliqada uğursuz çıxış edən Moskva klubunun hazırkı durumu klub rəhbərliyini qane etmir. Məhz buna görə, Karpinin istefası gündəmə gəlib. Artıq baş məşqçi vəzifəsinə namizədlərin adları da açıqlanıb. Onlar arasında \"Bakı\"nın və Latviya millisinin çalışdrıcısı Aleksandr Starkovda var. Siyahıda Oleq Romantsev, Quus Hiddink, Andrey Tixonov, Klaudio Ranyeri və Nevio Skala kimi mütəxəsislərin adları da yer alır.

Lakin \"Bakı\" rəhbərliyi 2004-2006-cı illərdə\"ağ-qırmızlar\"a rəhbərlik etmiş Starkovun gedişinə razı deyil. Paytaxt təmsilçisi ilkin sözləşməsi bu yay başa çatacaq məşqçi ilə əməkdaşlığı davam etdirəcək. Klubun vitse-prezidenti Zeynal Məmmədov uzun muddətli əməkdaşlıqdan danışır: \"Bu mövsümün nəticələri Starkova münasibətimizi dəyişməyəcək. Komandanı çox gec götürdüyü üçün ondan xüsusi nəticə tələb edə bilmərik. Ona başqa təkliflər gələ bilər, özü isə burada qalmaqda maraqlı olduğunu deyib. Starkovdan nəticəni gələn mövsüm tələb edəcəyik\".//\"Sport Favorit\"

Bütün xəbərlər Facebook səhifəmizdə