"Bakı" “Qarabağ”la oyunun hazırlıqlarını yekunlaşdırıb

"Bakı" “Qarabağ”la oyunun hazırlıqlarını yekunlaşdırıb
Azərbaycan Premyer Liqasının 27-ci turunun "Bakı"-"Qarabağ" oyununun hazırlıqlarını yekunlaşdıran paytaxt təmsilçisi dünən bir məşqlə kifayətlənib. Siasport.az saytı xəbər verir ki, oyunqabağı təlim-məşqdə bir araya gələn "Bakı" son məşqini dünən saat 17-də klub bazasında keçib. Fiziki təmrinlər və topla hərəkətlər üzərində qurulan hazırlıq bir saat davam edib.

Sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşən İbrahim Karqbo və soyuqdəyməsi olan Jaba komandadan ayrı məşq ediblər.

Bundan əvvəl isə zədəli futbolçular hazırlıq keçiblər. Ernad Skuliç və Rafael Əmirbəyov saat 11-ə təyin olunan məşqi trenajor zalında keçirərkən, Fabio Luis Ramim, Nicat Abdullayev və Stefan Borbikoni xüsusi proqram əsasında yüngül hərəkətlər əsasında çalışıblar.

Qeyd edək ki, komandanın fransız müdafiəçisi Stefan Borbikoni iki gündən sonra heyətə qoşulacaq. AZAL-la oyunda bud nahiyəsindən zədələnən Əmirbəyovun zədəsi isə bir həftəyə sağalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com