"Azərbaycan futbolu və Hafiz Məmmədov" adlı kitab nəşr edilib

"Azərbaycan futbolu və Hafiz Məmmədov" adlı kitab nəşr edilib

"Azərbaycan futbolu və Hafiz Məmmədov" adlı kitab nəşr edilib. Siasport.az saytı xəbər verir ki, kitabda əsasən Hafiz Məmmədovun Azərbaycan futbolundakı fəaliyyətindən bəhs edilir. Kitab 2 gündən sonra satışa buraxılacaq. Kitabda paytaxt klubunun futbolçuları ilə bağlı statistik məlumatlar, idman ictimaiyyətinin müxtəlif simalarının fikirləri və müəllif haqqında məlumat dərc olunub. Kitabı ərsəyə gətirən çılğın futbol fanatlarından biri olan Faiq Şadlıdı."Azərbaycan futbolu və Hafiz Məmmədov" adlı nəfis tərtibatlı kitabı şəhərimizin qəzet köşklərindən, metro stansiyaların satış rəflərindən əldə edə bilərsiniz.


Bütün xəbərlər Facebook səhifəmizdə